|
• DünyadaSiyasətçilər və din alimləri Peyğəmbər(s) xanımını təhqir edənləri pislədilər
Bir neçə gün öncə Bağdadın əl-Əzamiyyə məntəqəsində bir qrup şəxs Bağdadda şiələrə qarşı yönəlmiş partlayışlara etiraz əlaməti olaraq aksiya keçiriblər. Onlar etiraz nümayişində Peyğəmbərin(s) xanımı Aişəni və xəlifə Ömər ibn Xəttabı təhqir edən şüarlar səsləndiriblər. İraq mərcei-təqlidləri və siyasətçiləri bu hadisəyə öz etirazlarını bildiriblər. Ayatullah Seyyid Əli Sistani bu hadisəni kəskin pisləyən fətva verib. Ayatullah Sistani fətvada bu hadisənin Əhli Beyt(ə) tərəfdarlarının əxlaqına və Əhli Beyt(ə) yoluna zidd olduğunu bildirib. Bu hadisənin çirkin və qəbul edilməyən bir hərəkət olduğunu bildirən Ayatullah Sistani, sünni müsəlmanların dəyər verdiyi şəxsləri təhqir edənləri bundan sonra günahkar və münafiq olaraq tanıyacaqlarını bildirib. Həmçinin hadisəni İraqın baş naziri Nuri əl-Malikidə kəskin tənqid edib. Nümayişçilərin hərəkətini çirkin adlandıran baş nazir onların həbs olunmasına dair əmr verdiyini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2013 11:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |