|
• DünyadaAzərbaycanlı zəvvarlar Məkkədə səs verir
Məkkədə Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar ilk dəfə olaraq Səudiyyə Ərəbistanında səs veriblər. Seçki qanununa görə, xaricdə yaradılan seçki məntəqələrində ümumvətəndaş, xidməti və diplomatik pasportlarla səs verə bilərlər. Lakin Səudiyyə Ərəbistanının qanularına görə ölkəyə girən bütün zəvvarların pasportları girişdə alınaraq özlərində saxlanılır. Bunun səbəbi isə odur ki, qrup halında gələn zəvvarlar pasportlarına güvənərək heyətdən ayrı düşməsinlər. Buna görə də zəvvarlar məntəqədə səsverməni şəxsiyyət vəsiqəsi ilə verirlər. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə də artıq səs verib. Səsvermə davam edir. Qeyd edək ki, zəvvarların seçki prosesində iştirakına Mərkəzi Seçki Komissiyasının Məkkədə olan səlahiyyətli nümayəndəsi Ramin Nurəliyev nəzarət edir. Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Oktyabr, 2013 19:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |