إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dövlət Komitəsinin sədri Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşdür

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində DQİDK sədri Qumda Azərbayandan olan tələbələrin də təhsil aldığı “Cameətül Mustafa” Universitetinin rəhbərliyi və orada təhsil alan azərbaycanlı tələbələrin bir qrupu ilə görüşmüşdür.

Azərbacanlı tələbələrlə açıq şəraitdə keçən görüşdə Komitə sədri əvvəlcə tələbələrin təhsili ilə maraqlanmış, onları narahat edən problemləri, suallarını, təkliflərini, dinləmiş, daha sonra bütün bu problemlərin həlli, təkliflərin həyata keçirilməsi barədə öz fikirlərini bölüşmüş, tələbələri maraqlandıran suallara cavab vermişdir. Komitə sədri bildirmişdir ki, dini təhsil alan tələbələr Azərbaycanın bu sahədə müvafiq qanunlarını bilməlidirlər və bu prosesin milli qanunvericiliyimizə uyğun şəkildə aparılması üçün İran tərəfi ilə məsləhətləşmələr aparılır.

Həmçinin tələbələrlə əlaqələrin davamlı saxlanması, onların dini qanunvericiliklə bağlı problemlərinin həllinə yardım məqsədi ilə Komitəyə müraciət edə biləcəkləri, bununçün elektron əlaqə mexanizminin yaradılmasının zəruriliyi qeyd olunmuşdur. Azərbaycanlı tələbələr görüşə görə təşəkkürlərini bildirərək belə əlaqələrə çox ehtiyacları olduğunu qeyd etmişlər.

“Cameətül Mustafa” Universitetinin rektoru ayətullah Ərafi və digər rəhbər heyətlə görüşdə DQİDK sədri dini təhsil, o cümlədən xaricdə dini təhsilin alınması haqda Azərbaycan Respublikası qanunlarının müvafiq müddəaları barədə Universitet rəhbərliyini məlumatlandırmış, İranda dini təhsil alan azərbaycanlı tələbələrin də təhsil prosedurlarının bu qanunlara uyğunlaşdırılmasının zəruriliyini qeyd etmişdir. Belə bir addımın atılmasının, həmin tələbələrin bir çox problemlərinin həll edilməsinə də kömək edəcəyini vurğulayan E. İskəndərov, qarşılıqlı əməkdaşlıq çərçivəsində həmin prosesin həyata keçirilməsi təklif etmişdir . Komitə sədri bu prosesin həyata keçəcəyi təqdirdə təhsil almış mütəxəssislərin potensialından da gələcəkdə Azərbaycanda müvafiq sahələrdə istifadə edilməsinin mümkünlüyünü bildirmişdir.

Ayətullah Ərafi öz növbəsində bu təşəbbüsü müsbət addım adlandıraraq qeyd etmişdir ki, Qumda təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırdırlar. Görüşün sonunda bu istiqamətdə konkret təkliflər hazırlanması məqsədilə ekspertlər müəyyən edilmişdir.

 

DQİDK-nın mətbuat xidməti

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2013  19:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!