إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqənin təqdimatı keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqənin təqdimatı keçirilib.

Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu  (İKGF) Avrasiya Regional Mərkəzi ilə birgə həyata keçiriləcək.

E.İskəndərov çıxışı zamanı sosial layihələrə dəstək proqramından danışaraq bildirib ki, Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalar üçün sosial layihələrə dəstək sahəsində müsabiqənin əsas məqsədi dini icmaların və dindarların cəmiyyətə inteqrasiya olunması və onların cəmiyyət həyatında konstruktiv iştirakının gücləndirilməsidir. Həmçinin, dini icmaların sosial həyatda faydalı fəaliyyətə cəlb olunması, eləcə də ölkəmizdə dözümlülük prinsiplərinin artıq olduğunu diqqətə çatdırıb.

“Bu layihələr müxtəlif formalarda ola bilər. Məsələn, ekologiya sahəsi üzrə ətraf mühitin təmizlənməsi, ağacəkmə kampaniyaları və s. ola bilər. Eyni zamanda, dini icmalar kimsəsiz uşaqlarla bağlı layihələr təqdim edə bilərlər. Onların cəmiyyətdə öz yerini tutması istiqamətində tədbirlər həyata keçirə bilərlər. Gənclərin maarifləndirilməsi üçün müxtəlif kurslar təşkil edilə bilər. Həmçinin qadınların da bu layihələrə cəlb edilməsi zəruridir. Məsələn, dini icmalar icmanın nəzdində müxtəlif kurslar təşkil edə bilərlər. Toxuculuq, tikiş kursları kimi. Bu həm orada çalışacaq qadınların cəmiyyətə inteqrasiyasını, həm də iqtisadi durumunun yaxşılaşmasını təmin edəcək”.

Təqdim olunan sosial layihələrin istiqamətləri barədə məlumat verən E. Əsgərov bildirib ki, əsas 4 istiqamət üzrə - ekoloji mövzular, yetkinlik yaşına çatmış kimsəsiz uşaqların cəmiyyətə inteqrasiyası, gənclərin qeyri-formal təhsili, qadınların ictimai həyatdakı aktivliyinin artırılması ilə bağlı layihələr qəbul olunacaq.

Sosial layihələr üzrə qarantların verilmə qaydaları və şərtlərini açıqlayan E.Əsgərov qeyd edib ki, layihələr üzrə bir qrantın həcmi 5000 (beş min) AZN məbləği qədərdir.

“Müsabiqədə qalib gəlmiş layihələr üçün qrantlar üzrə ödənişlər iki mərhələdə həyata keçirilir. İlkin mərhələ çərçivəsində görülən işləri dəyərləndirən Ekspertlər Şurası layihənin ikinci mərhələsi üçün nəzərdə tutulan qalan maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq qərar verir”.

E.Əsgərov onu da əlavə edib ki, sosial layihələr üzrə qrant üçün müraciət edən dini icmalar Azərbaycan Respublikası ərazisində hüquqi qeydiyyata malik olmalı və aktiv fəaliyyətləri ilə fərqlənməlidirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2013  19:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!