|
• Dünyada11 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qeydiyyatından keçmiş icmalara şəhadətnamələr təqdim edib. Təqdimetmə Dövlət Komitəsi tərəfindən Respublikanın Respublikasının müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” layihəsinin təqdimatı zamanı baş tutub. Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub. Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. Tədbir ənənəvi iftar süfrəsi arxasında davam edib. 1. Göyçay şəhəri, “Əbülfəzlil Abbas” məscidi dini icması Sədr: Rəsul Kazımov 2. Quba rayonu, Yuxarı-Tüləkəran kənd məscidi dini icması Sədr: Teyyub Fərhadov 3. Ucar rayonu, Qazyan kəndi “Savab” məscidi dini icması Sədr: Əli Həsənov 4. Lerik rayonu, Soru kənd məscidi dini icması Sədr: Əliənnağı Əliyev 5. Sabirabad rayonu, Surra kənd məscidi dini icması Sədr: Mirəziz Səmədov 6. Masallı rayonu, Səmidxan kənd məscidi dini icması Sədr: Xəyal Şalıyev 7. Şəki rayonu, Vərəzət kənd məscidi dini icması Sədr: Araz Həsənov 8. Salyan rayonu, Qızılağac kənd məscidi dini icması Sədr: Yusif Dadaşov 9. Lənkaran rayonu, Havzava kənd məscidi dini icması Sədr: İltifat Həsənov 10. İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Cümə” məscidi dini icması Sədr: Əlisoltan Quliyev 11. Salyan rayonu, Sarvan kənd məscidi dini icması Sədr: Natiq Qaraşov
DQİDK-nın mətbuat xidməti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2013 18:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |