|
• DünyadaQurani Kərim səsindən təsirlənən norveçli ailə müsəlman oldu
Norveçli bir ailənin bütün üzvləri tətil üçün gəldikləri Türkiyənin Marmaris şəhərində Quran səsindən təsirlənərək bir məscidə gedib müsəlman oldular. Norveçli ailə şəhərin böyük məscidini ziyarət edərkən 20 dəqiqə boyunca ovsunlanmış kimi dinlədikləri Qurani Kərim tilavətindən təsirlənib dərhal orada İslam dinini qəbul etməyə qərar verdilər. Məsciddə Quran tilavəti sona çatdıqdan sonra gözyaşları içində olan norveçli ailə, Quran qarisindən onlara İslam haqqında daha çox məlumatın verilməsini və ardından da onları müsəlman etməsini xahiş etdi. Norveçli ailə üçün İslamı qəbul etmək üçün xüsusi mərasim təşkil olundu. Mərasimin ardından ailə özlərinə müsəlman adları seçib. Ana Linda Wastrup -Fatmə, ata Frode Sigvartsen-Əli, 9 yaşlı Tuva -Əsma, 9 yaşlı Mathies - Ayxan və 6 yaşlı Frida-Əlif adını seçdilər. Müsəlman olduqdan sonra Fatmə adını seçən ana Linda Wastrup Nyman, məsciddə dinlədikləri Qurani Kərimin onlara çox təsir etdiklərini vurğulayaraq, bunları dedi: "Quran o qədər gözəl oxunurdu ki, özümüzü məscidin içində tapdıq. Ailəlikçə yarım saat boyunca yalnız Quranı dinlədik, gözlərimizdən yaşlar axmağa başladı. Dinlədikcə üzərimdən bir ağırlığın qalxdığını hiss etdim. Sanki yüngülləşdim. Özümü həqiqətən çox azad hiss etdim. İslamı seçdiyim üçün çox xoşbəxtəm." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2013 19:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |