إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Xristian partiyası müsəlmanlara iftar verdi

Hollandiyanın müxalifətdəki Xristian Demokratlar Birliyi (CDA) partiyası müsəlman icmalarının üzvlərinə iftar süfrəsi təşkil edib.

Hollandiyanın Roterdam şəhərində təşkil olunan iftar süfrəsində müxtəlif siyasətçilərdə iştirak edib. Partiyanın 10 il əvvəl tənzimləməyə başladığı iftar proqramlarının ənənəvi hala gəldiyini ifadə edən Roterdam bələdiyyə başçısının köməkçisi Hugo da Jonge, müsəlmanlarla bir yerdə olmaqdan məmnuniyyət hissi duyduğunu bildirdi.

Xristian bir partiya olaraq təşkil etdikləri bu iftarlarla müsəlman icmalarıyla aralarındakı bağı gücləndirmək istədiklərinə toxunan Da Jonge, Mübarək Ramazan ayına çox əhəmiyyət verdiyini dilə gətirdi.

Qeyd edək ki, Hollandiyanın Roterdam şəhərinin 600 min əhalisindən 150 mini müsəlmanlardır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2013  19:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!