إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yaşlı və xəstə insanlara Həcc vizası verilməyəcək

Koranavirusun yayılmasının qarşısın almaq üçün Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi dünən yaşlı və xroniki xəstəlikliklərdən əziyyət çəkən müsəlmanlara həcc vizasının verilməyəcəyini elan edib.

Səhiyyə Nazirinin rəsmi sözçüsü Xalid Əl-Mirqhalani bildirib ki , yeni qaydalar qarşıdan gələn Həcc mövsümünə və sonrakı Ümrə ziyarətlərinə gələn zəvvarlar üçün tətbiq olunacaq.  Nazirlik nümayəndəsinin sözlərinə görə, qarşıdan gələn Həcc mövsümündə zəvvarlara Nazirliyin Səudiyyə səfirliklərinə göndərdikləri ciddi təlimatlara riayət edərək vizalar veriləcək.  Həcc vizası yaşlı və xroniki xəstəliklikləri olan, o cümlədən  ürək, böyrək, nəfəs orqanalrında problemləri olan, diabet və başqa xəstəliklərdən əziyyət çəkən zəvvarlara verilməyəcək.

Daha sonra Nazirliyin rəsmi nümayəndəsi Həcc ziyarətinə gələn zəvvarlara təmizliyə, şəxsi gigiyenaya riayət etmələrini və həcc vaxtı qoruyucu maskalardan istifadə edilməsini tövsiyə etdi.

Xatırladaq ki, keçən ilin Sentyabr ayından Səudiyyə ərazisində koranavirus yayılıb. Virusa yayılması nəticəsində 38 insan dünyasın dəyişib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2013  19:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!