إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İngiltərə hökuməti məscidləri qorumaq istəmir

Teesside Universitetinin müəllimi Professor Nigel Copseyinin qələmə aldığı hesabata görə, İngiltərədəki məscid və İslam mərkəzlərinin 60 %, 11 Sentyabr 2001-ci ildən bu yana hücumların hədəfi olub. Copsey ayrıca, Voolviç hadisəsindən bu yana da islamofob hadisələrin artdığını ifadə edərək, bunun narahatlıq yaratdığını qeyd etdi.

"Tell Mama" adlı nəzarət edici quruluşun məlumatlarına istinad edən Professor Copsey, Woolwich hadisəsindən  sonra müsəlmanlar ortalama gündə 9 hadisə ilə hədəfə alındıqlarını bildirdi. Həmçinin Professorun fikrincə ingilis mediası , polis və siyasətçiləri anti islam hadisələrinin qarşısını almaq üçün lazımi addımlar atmır və bu problemin həll olunması üçün siyasi istəyin olmadığını göstərir.

İngiltərədə radikallığnan mübarizə edən "Faith Matters" adlı qurum  ingilis zabit Li Reqbinin qətlindən sonra müsəlmanlara 200 dən çox müsəlmanlara qarşı baş vermiş hadisələrin olduğunu açıqlayıb. İngiltərədə İslama və müsəlmanlara qarşı olan ultra sağçı "English Defence League" (İngilis Müdafiə Liqası) adlı qrupun ölkənin müxtəlif şəhərlərində müsəlmanlara qarşı etirazları davam edir.  Qrupun 20 İyulda, müsəlmanların sıx olaraq yaşadığı Birmingem şəhərində etiraz aksiyaları keçirəcəyi nəzərdə tutulur.

Birləşmiş Krallıqda 2011-ci ildəki son məlumatlara görə, təxminən 3 milyon müsəlman yaşayır və ölkə əhalisinin təxminən 5% təşkil edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2013  19:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!