|
• DünyadaFransada “İslam və dünyəvilik: Azərbaycanın təcrübəsi və onun Fransada əks-sədası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) Fransanın Bordo şəhərindəki Akviten Muzeyində "İslam və dünyəvilik: Azərbaycanın təcrübəsi və onun Fransada əks-sədası" mövzusunda Beynəlxalq konfrans təşkil edilmişdir. Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli, Bordo məscidinin imamı Tareq Ubru, Jirond Departamenti Müsəlmanlar Federasiyasının direktoru Şərafəddin Müslim, siyasi elmlər üzrə professor Pyer Konesa. Bordo Bələdiyyə Şurasının sədri Vənsen Feltes çıxış edərək Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq, onun tarixi kökləri, hazırda dövlətimizin bu ənənənin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi istiqamətində apardığı siyasətdən söhbət açmışlar. Çıxışlarda, həmçinin Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqları, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi əməli töhfə xüsusi vurğulanmış, Azərbaycan modelinin digər ölkələr üçün nümunə ola biləcəyi diqqətə çatdırılmışdır. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirin təşkilatçılarına təşəkkür etmiş, dialoq və qarşılıqlı hörmətin dünyada sülh və əmin-amanlıq üçün əsas şərtlərdən biri kimi dəyərləndirmiş, bu sahədə təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini bildirmişdir. Sonda Azərbaycanda dini dözümlülüyə həsr olunan film nümayiş etdirilmişdir.
salamnews Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2013 22:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |