إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirli vaizə İncili yandırdığına görə məhkum etdilər

Dünən Misir məhkəməsi müsəlman vaiz Abu İslam kimi tanınan Əhməd Muhəmməd Mahmuda 11 il həbs cəzası verib.

Xristianları təhqir etdiklərinə görə vaizlə bərabər onun oğlunada məhkəmə 8 il həbs cəzası verib. Şəxsi dini kanalı olan vaiz Əhməd Muhəmməd Mahmud ,2012 ci ilin sentyabr aylarında müsəlmanları təhqir edən "Müsəlmanların məsumiyyəti" adlı filmə etiraz edən nümayişlərin təşkilatcısı olduğuna görə həbs olunub.  ABŞ səfirliyi qarşısında keçirilən etirazlarda nümayişçilər etiraz əlaməti olaraq xristianların müqəddəs kitablarından olan İncili yandırmışdılar.

Qeyd edək ki, Misirdə dini təhqir etdiklərinə görə məhkəmə qiyabi olaraq müsəlmanları təhqir edən filmin çəkilişlərində iştirak edən misirli xristianlara ölüm hökmü çıxartmışdır. Hökumət xristain misirlilərin İnterpol vasitəsilə ekstradisiya olunmalarını istəyir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2013  19:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!