|
• DünyadaRəsulallahın (s) ayı Şaban
Bu gün Ramazandan sonra ən fəzilətli və mübarək ay olan Şaban ayı başlayır. Şəban ayı çox şərəfli aydır və peyğəmbərlərin seyyidi Hz.Məhəmmədə(s) mənsubdur. Hz.Rəsuləllah(s) bu ay başlayandan Ramazan ayına qədər fasiləsiz hər gün oruc tutardı. Şəban – qəməri təqvimin səkkizinci ayıdır. Hədislər bu ayı Hz.Məhəmməd(s) ayı elan edirlər, hətta peyğəmbər(s) özü buyurardı: “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”. O Həzrət(s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Bu ayın əsas bəyənilən əməlinin oruc olması təsadüfi deyil. Şəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Bu aylar bəndə üçün bir fürsətdir ki, Rəbbinin mübarək Ramazan ayında dəvətinə ləyaqətlə cavab verə bilsin. Hz.Əli(ə) buyurur ki, hər kim Allaha daha yaxın olmaq üçün, Peyğəmbəri(s) sevdiyini göstərmək üçün Şəban ayında oruc tutarsa, Allah onu Özünə yaxın edər. Şaban ayında baş verən mühüm hadisələr
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2013 12:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |