إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Papa ilk addımı atmalıdır !"

 

Əl Əzhər universitetinin nümayəndəsi Vatikan və İslam dünyası arasında baş verəcək yeni dialoqları alqışla qarşıladığını söyləyib. Nümayəndə bildirib ki, bu yolda ilk addımı Papa atmalıdır.

İtalyan qəzetinə müsahibə verən Mahmud Abdel Qavad qeyd edib : "Papa Fransisk yeni pontifikdir və biz ondan dialoq üçün yeni addımlar gözləyirik. Əgər öz çıxışlarının birində Papa İslamın sülh dini olduğunu qeyd edərsə bu dinlərarası dialoqda irəliləmə kimi qiymətləndiriləcək."  Mahmud Abdel bildirib ki, əl Əzhərin və müsəlmanların bütovlükdə Vatikanla deyil keçmiş Papa ilə problemləri var idi. Əgər Papa Misirə ziyarətə gələrsə Əl Əzhərin qapısı həmişə ona açıq olacaq. Daha sonra əl Əzhərin nümayəndəsi Vatikanın üç din arasında sammit təkifini tənqid edərək bildirib ki, əl Əzhər heç zaman İsraillə bir masa arxasında oturmayacaq.

Qeyd edək ki, İslam və Vatikan arasında dialoq 2006 cı ildə Papa Benedikt XVI tərəfindən Regenburg universitetində orta əsrlər mənbələrindən sitat gətirərək Hz. Muhammədin (s) şəxsiyyətini təhqir edəcək sözlərindən sonra kəsilmişdir. Dialoq 2009 cu ildə bərpa olunsada 2011 ci ildə Misirdə İskəndəriyyə kilsəsinin partlayışından sonra yenidən kəsilmişdir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2013  12:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!