|
“Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu”nun II cildi çapdan çıxıbAMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu” kitabının II cildi işıq üzü görüb. Ahlibeyt.az-ın xəbərinə görə, İnstitutun məlumatında bildirilib ki, kitab Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifov tərəfindən tərtib edilib. Kitaba Əlyazmalar İnstitutunun fondunda qorunan Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin kitabxanasına aid əlyazmaların geniş elmi təsviri toplanıb. Kataloqa biblioqrafik ixtisarlar, müəllif adlarının, əsər və kitab adlarının həm latın qrafikalı Azərbaycan, həm də ərəb əlifbası ilə yazılmış göstəriciləri, o cümlədən təsvir edilmiş əlyazmaların şifrə göstəricisi əlavə olunub. Yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, kompüter icraçısı isə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin tərcüməçisi Nuranə Çələbiyevadır. Qeyd edək ki, XIX əsrdə yaşamış görkəmli alim, pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvinin zəngin kitabxanası olmuşdur. Bu kitabların bir hissəsi hazırda Əlyazmalar institutunda saxlanılır. Burada Yaxın Şərq xalqlarına, ədəbiyyat və elm tarixinə aid maraqlı əsərlər mühafizə edilir.
Kataloqun birinci cildində 418 əlyazmanın təsviri verilmişdir. Bu əsərlərdən Xaqani, Əbdürəhman Cami, Məhəmməd Füzulinin bədii əsərləri, Şihabəddin Sührəverdi, Əsirəddin Əvhəri, İbn Sina, Əli Quşçu, Abasqulu ağa Bakıxanov və digər müəlliflərin elmi əsərlərinin əlyazması haqqında məlumatlar toplanmışdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2024 18:32 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |