|
|
Xalqımız 20 Yanvar şəhidlərini yad edirYanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - Nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib. Ahlibeyt.az xəbər verir ki, Azərbaycan xalqı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına axın edir. Minlərlə sakin Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər. 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2024 12:45 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |