|
|
“Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı ingilis dilində nəşr edilibBakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabını ingilis dilində nəşr edib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Mərkəzin mətbuat xidmətinin məlumatında bildirilib.
Kitabın yazılması Azərbaycan tarixi və onun ən zəngin mərhələlərindən birini təşkil edən alban xristian irsi, bu irsin ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bugünkü vəziyyəti, onların saxtalaşdırılması faktlarının geniş оxucu auditоriyasına çatdırılması, bölgənin bütün alban abidələrinin ümumi tarixi arayış verilməklə bir nəşrdə toplanması zərurətindən irəli gəlib.
Nəşrdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilib və bir qismində elmi tədqiqat işləri aparılan yüzdən artıq alban memarlıq abidəsi haqqında tarixi arayış verilib. Eyni zamanda, bölgənin alban abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları toplanaraq ümumiləşdirilib. Lakin bu, bölgənin alban abidələrinin tam təsnifatı deyil.
Kitabın layihə müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, müəllifi tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva, elmi redaktorları tarix elmləri doktoru, professor Teymur Bünyadov, tarix elmləri doktoru, professor Kərim Şükürov, layihəyə məsul BBMM-in İcraçı direktoru Rəvan Həsənov, redaktoru Tahir Kazımlıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2023 11:37 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |