|
|
İmam və imam müavini vakant vəzifələrinin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıbSentyabrın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vakant vəzifələrinin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb. Ahlibeyt.az xəbər verir ki, bu barədə DQİDK-nın mətbuat xidməti məlumat yayıb. Sentyabrın 19-a qədər davam edəcək müsahibələrdə 13 vakant vəzifəyə 180 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır. Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha imam və imam müavini vəzifələrinə təyin olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2023 10:00 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |