إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İƏT MDİHK nümayəndə heyəti “İmamzadə Ziyarətgah” Kompleksində olub FOTO

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) idarə etdiyi nümayəndə heyəti Gəncəyə səfəri çərçivəsində “İmamzadə Ziyarətgah” Kompleksində olublar.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Ombudsman aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti “İmamzadə”ni ziyarət ediblər.

Qonaqlar “İmamzadə Ziyarətgah” Kompleks ilə tanış olublar. Onlara kompleks haqqında ətraflı məlumat verilib.

Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) idarə etdiyi nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olub.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Xatırladaq ki, qonaqlar ötən gün işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar.

 
 
 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2023  11:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!