|
İslam Əməkdaşlıq Təşkilatı azad edilmiş ərazilərə dair hesabat hazırlayacaqAzərbaycanın işğaldan azad edilmiş ərazilərində aparacağımız monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacağıq. Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) üzvü Hilal bin Said al Şidhani deyib. O bildirib ki, artıq bu məsələ ilə bağlı ikinci monitorinq üçün Azərbaycanda səfərdədirlər. "Bundan əvvəl də monitorinq aparılıb və orada olan dağıntılar qeydə alınıb. Bu səfərimiz çərçivəsində də əsasən dini və tarixi abidələrə vurulmuş zərərlə bağlı hesabat hazırlayacağıq. Bu hesabat da 2021-ci ildə hazırlanmış hesabat kimi aiddiyatı qurumlara təqdim olunacaq". Qeyd edək ki, ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirmək məqsədilə Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir. Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2023 10:16 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|