|
|
“Erkən xilafət dövründə Azərbaycanda ictimai-siyasi və mədəni həyat” kitabı nəşr olunubKitabdan tarixçilər, şərqşünaslar, Azərbaycan tarixinin ərəb xilafəti dövrü ilə maraqlanan elmi işçilər, tələbələr, həmçinin geniş oxucu auditoriyası faydalana bilər. Ahlibeyt.az-ın xəbərinə görə, Tarix İnstitunun məlumatında bildirilir ki, AMEA-nın A.A.Bakxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Şərifovun “Erkən xilafət dövründə Azərbaycanda ictimai-siyasi və mədəni həyat” adlı monoqrafiyası nəşr olunub. Kitabda ərəb istilası ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət, Sasanilərin farsdilli əhalini Azərbaycan ərazilərinə köçürməsi, erkən xilafət dövründə Azərbaycanda inzibati idarəçilik üsulu, torpaq və vergi siyasəti, islamın maddi-mənəvi mədəniyyəti, islamiyyətin Azərbaycan ədəbiyyatına təsiri, sözügedən dövrdə Azərbaycan şəhərləri və onların inkişafı, ərəb qəbilələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi və s. mövzular haqqında ətraflı məlumat verilir. Qeyd olunub ki, monoqrafiyanın tədqiqində müəllif tərəfindən daha çox ərəbdilli və farsdilli mənbələrə istinad edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2023 11:32 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |