|
|
Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib FOTOMirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə təyin edilib. Ahlibeyt.az-ın məlumatına görə, Mirəbdullah Həsənli bu vəzifəyə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə bu vəzifəyə təyin edilib. O, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaqdır. Mirəbdullah Məzahir oğlu Həsənli 11 mart 1976-cı ildə Şuşa şəhərində anadan olub. İbtidai dini təhsilini babası ruhani Seyid Sadıqdan alıb. 1992-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhəri 2 nömrəli orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinə qəbul olub. 1996-cı ildə bu Universiteti axund, şəriət müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunda “İslam tarixi, milli əxlaq və dəyərlər” fənnini tədris edib. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib. Gənc yaşlarından Şuşa şəhərində, işğal dövründə isə Bakı şəhərində şuşalıların yaşadığı ərazilərdə dini ayinlərin, yas mərasimlərinin icrası ilə məşğul olub. 2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2023 10:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |