|
|
İlahiyyat İnstitutunun “Din sosisologiyası” dərsliyi nəşr olunubAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərovun “Din sosiologiyası” adlı kitabı nəşr olunub. Ahlibeyt.az-ın xəbərinə görə, İnstitutun mətbuat xidmətinin məlumatında bildirilib ki, dərslikdə din sosiologiyasının müstəqil elm kimi təşəkkül tarixi, din sosiologiyasının predmeti və metodologiyası, habelə dinin sosioloji nəzəriyyəsinin aktual problemlərindən bəhs edilir. Kitab elmi tədqiqatçılar, sosioloqlar, dinşünaslar, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2023 09:36 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |