|
|
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunubFevralın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif olunması ilə bağlı Sərəncam imzalayıb. Ahlibeyt.az Presiden.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Həmçinin Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalına layiq görülüblər. Sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 1-ci dərəcəli “Rəşadət” ordeni ilə Tağıyev Vasif Natiq oğlu “Vətən uğrunda” medalı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) İmanov Mahir Kamil oğlu.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 fevral 2023-cü il
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2023 08:30 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |