|
AMEA-nın 5 gənc tədqiqatçısı hər il İstanbulda keçiriləcək yay məktəbinə göndəriləcəkTürkiyə Elmlər Akademiyası ilə əldə olunmuş razılığa əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 5 gənc tədqiqatçısı hər il İstanbulda keçiriləcək yay məktəbinə göndəriləcək. Ahlibeyt.az AMEA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları, aidiyyəti şəxslər və KİV-in əməkdaşları iştirak ediblər. Əvvəlcə AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Ölkəmizdə aparılan gənclər siyasətinə Akademiyanın öz dəstəyini verdiyini, onlara daim diqqət və qayğı göstərildiyini qeyd edən akademik İsa Həbibbəyli Gənclər Günü çərçivəsində AMEA-da “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda böyük elmi konfransın keçirildiyini xatırladıb. Vurğulayıb ki, Türkiyə Elmlər Akademiyası ilə əldə olunmuş razılığa əsasən, AMEA-nın 5 gənc tədqiqatçısı hər il İstanbulda keçiriləcək yay məktəbinə göndəriləcək. Həmçinin tanınmış alimlərin məruzəçi qismində iştirakı ilə Akademiyanın özünün də gənclər üçün yay məktəbi təşkilinin qarşıdakı hədəflərdən olduğunu deyib. Bundan əlavə, AMEA rəhbəri gənclərin xarici ezamiyyələrə və beynəlxalq elm mərkəzlərinə təcrübəyə göndərilməsinin əhəmiyyətini bildirib. Akademiyada gənclərə göstərilən diqqətin məntiqi davamı olaraq “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini diqqətə çatdıran akademik İsa Həbibbəyli mükafatın 29 yaşa qədər gənc alimlər üçün nəzərdə tutulduğunu, bu addımın gənc elmi kadrların hazırlanması işinə töhfə verəcəyini söyləyib. Eyni zamanda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr olunan “Gənc tədqiqatçı” jurnalının bu il 4 nömrəsinin çap olunacağını, 1 nömrənin isə ingilis dilində işıq üzü görəcəyini vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2023 08:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |