|
• DünyadaAzərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib15 dekabr 2022-ci il tarixində UNESCO-nun Baş qərargahında UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 17-ci Sessiyası öz işinə başlayıb. Azərbaycan sessiyada ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi səviyyəsində təmsil olunur. Ahlibeyt.az-ın xəbərinə görə, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən APA-ya bildirilib ki, sessiyanın açılış günündə Komitənin bürosunun formalaşdırılması məsələsi müzakirə edilmişdir. Yekdilliklə qəbul edilmiş qərara əsasən, Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib. 2 gün davam edəcək Sessiya zamanı Katibliyin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun 2 Protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi və digər bir sıra mühüm məsələlər müzakirə olunacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2022 08:47 ⁄ Çap
Bu bölmədə21 Sentyabr, 2023 İƏT-in Baş Katibliyindən Azərbaycana dəstək13 Sentyabr, 2023 İraq hökuməti Qurani-Kərimi təhqir edən islamofob Səlvan Momikanın ekstradisiyasını İsveçdən tələb edib |
Xəbər lenti
2 Oktyabr, 2023 12:10
2 Oktyabr, 2023 11:16
29 Sentyabr, 2023 09:00
27 Sentyabr, 2023 11:37
26 Sentyabr, 2023 13:40
26 Sentyabr, 2023 10:35
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |