|
• DünyadaBMT-nin Baş katibi dünya birliyini təbiətlə “sülh müqaviləsi” bağlamağa çağırıbDünya birliyi təbiətlə milli fəaliyyət planlarının işlənib-hazırlanmasını, ətraf mühitin mühafizəsini və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini nəzərdə tutan müqavilə bağlamalıdır. Ahlibeyt.az TASS-a istinadla xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş biomüxtəlifliyə dair konfransda səsləndirib. O qeyd edib ki, “sülh müqaviləsi” əsasən üç növ fəaliyyəti tələb edir. Birincisi, hökumətlər bütün nazirliklər üçün maliyyə, ərzaq, energetika infrastruktur sahələrində milli fəaliyyət planları işləyib-hazırlamalıdırlar. Bu sıraya bərpa olunan enerji, plastik məmulatlardan istifadə edilməsinin azaldılması, ekoloji cəhətdən təmiz istehsal üzrə planlar daxildir. Belə fəaliyyət planları yerli xalqların və icmaların hüquqlarının qorunmasına yönəldilməlidir. İkincisi, özəl sektor qazanc və ətraf mühitin qorunması məsələlərinin eyni sırada olduğunu qəbul etməlidir. Üçüncüsü, inkişaf etmiş ölkələr dünyanın təbii sərvətlərinin qoruyucuları olan qlobal Cənub ölkələrinə maliyyə dəstəyi göstərməlidirlər. BMT Baş katibinin bildirib ki, dünya birliyi öz ekosistemlərini qoruyan və bərpa edən bütün ölkələri bu işdə dəstəkləməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Dekabr, 2022 08:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |