إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Terrorçular Həzrəti İbrahim Məqamını dağıdıblar.

Terrorçu Ənnüsrə Cəbhəsi qrupu öz cinayətkar hərəkətlərinin yeni mərhələsində Suriyanın şimal-şərqində yerləşən Əl-Rəqə şəhərinin şimalındakı Eyn-əl-Ərus məntəqəsində Həzrəti İrbahim Məqamını dağıdıblar.

"Bərasa" adlı iraqlı xəbər agentliyinin məlumatına görə, Ənnüsrə Cəbhəsinin terrorçuları Həzrəti İrbahim Məqamında bomba qoyduqdan sonra buldozerlə onu dağıdaraq, yerlə yeksan ediblər.
Qeyd edək ki, terrorçular cinayətkarcasına son zamanlar Suriyanın məşhur mədəni abidələrindən biri sayılan Hucr İbn Ədinin mübarək məqbərəsinə basqın edərək, Peyğəmbərin bu böyük səhabəsinin qəbrinə hörmətsizlik ediblər.
Ənnüsrə Cəbhəsinin terrorçuları bundan öncə bildirmişdilər ki, Suriyanın dini və müqəddəs məkanlarını məhv edəcəklər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2013  15:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!