|
• Dünyadaİstanbuldakı partlayışda yaralananların sayı 81-ə çatıbTürkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyə polisi bazar günü İstanbulun İstiqlal küçəsinə insan ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxsi saxlayıb. Ahlibeyt.az-ın Türkiyə Kİv-lərinə istinadən məlumatına görə, Oktyabrın 13-də saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Hadisə nəticəsində çox sayda ölən və yaralananların olduğu bildirilib. Soylu qeyd edib ki, izlər Ankaranın terrorçu elen etdiyi Suriyadakı kürd qruplaşmalarına aparıb çıxarır. Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib. Türkiyə Baş Prokurorluğu İstanbulun İstiqlal küçəsində baş verən partlayışla bağlı araşdırmalara başlayıb. İstintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Partlayışda yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Ölənlərin sayı 6 nəfərdir. Onlardan 4 nəfər hadisə yerində həyatını itirib. Yaralananlardan beşi hələ də reanimasiyasdadır. Onlardan ikisinin vəziyyəti ağırdır. Bir müddət əvvəl terror aktını qadının törətdiyi iddia edilirdi. Polisin saxladığı şəxs qadın olsa da, onun şəxsiyyəti açıqlanmır. İlkin məlumata görə, İstanbulun İstiqlal prospektindəki partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |