|
• DünyadaUNESCO Azərbaycanın qeyri-maddi irs siyahısına təqdim etdiyi nominasiyaları müsbət qiymətləndirib
Mədəniyyət Nazirliyi bu il UNESCO-nun qeyri-maddi irs siyahısına salınmaq üçün 4 fərqli nominasiya təqdim edib.
Bu nominasiyalar aşağıdakılardır: "Pəhləvanlıq və ənənəvi zorxana idman növü", "Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi", "Baramaçılıq, ipəkçilik, toxuculuq üçün ənənəvi ipək istehsalı", "Çay mədəniyyəti milli kimliyin, sosial təmasın simvolu kimi". Ahlibeyt.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, təqdim olunan nominasiyalar qiymətləndirmə komissiyası tərəfindən artıq müsbət qiymətləndirilib: "Bir il ərzində 4 fərqli nominasiyanın təqdim olunması ölkəmiz tarixində bir ilkdir. Noyabrın sonunda sözügedən nominasiyalar haqqında yekun rəy təqdim ediləcək". Nazirlik həmçinin gələn il üçün Türkiyə ilə birgə balaban alətini də irs siyahısına salınmaq üçün təqdim olunacağının nəzərdə tutulduğunu qeyd edib: "Balaban aləti çoxmillətli nominasiya üzrə təqdim olunacaq". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2022 16:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |