إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində Medianın İnkişafı Agentliyində görüş keçirilib

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində Medianın İnkişafı Agentliyində (MEDİA) uşaqlarla görüş keçirilib.

Ahlibeyt.az MEDİA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan tədbirdə həssas kateqoriyalardan olan uşaqların Medianın İnkişafı Agentliyinə tanışlıq səfəri və Agentliyin İcraçı direktoru Əhməd İsmayılovla görüşü təşkil edilib. Uşaqların erkən yaşlardan idarəetmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və özünəinam hissinin artırılmasına dəstək məqsədilə keçirilən görüşdə uşaqlar qurumun fəaliyyəti barədə geniş məlumatlandırılıb, struktur bölmələrin iş prosesi ilə tanış olublar. Onlar, həmçinin bir gün ərzində Agentliyin rəhbəri ilə idarəetmə prosesində fəal iştirak ediblər, müxtəlif məsələlərlə bağlı maraqlı təklif və təşəbbüslərini bildiriblər.

Qeyd edək ki, kampaniya uşaq hüquqlarını təşviq etmək, məktəb icmaları, ictimaiyyət nümayəndələri arasında maarifləndirmə işi aparmaq, eyni zamanda, uşaqların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına töhfə vermək məqsədilə həyata keçirilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2022  09:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!