|
|
DTX minlərlə hərbçimizi mühasirədən necə çıxarıb? - VideoVətən müharibəsi dönəmində Ermənistanın Gorusda yerləşən birinci ordu korpusu, bu ölkənin milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün plan qurubmuş. Ahlibeyt.az xəbər verir ki, bu barədə “Xəzər Tv”də yayımlanan "Qartal Zirvədə" sənədli filmində məlumat verilib. “Bu üç qrup tərəfindən həyata keçirilən plana əsasən, maksimum dərəcədə Azərbaycan Müdafiə Nazirliyinin hardasa 3 briqadadan ibarət bölmələrinin Araz çayı boyunca dərinə buraxılmalı və onların üç istiqamətdə təminat yolları kəsilməli idi. Mühasirəyə salmağın əsas məqsədi ondan ibarət idi ki, Silahlı Qüvvələrimizin irəliləməyinin qarşısı alınsın. Lakin bu plan əvvəlcədən ifşa olundu. Tərəfimizdən əməliyyat planları əldə edildi və bu barədə rəhbərliyə məruzə olundu. Nəticədə o istiqamətdə düşmənin özünü mühasirəyə salındı” – sənədli filmdə Dövlət Təhlükəsizliyi Ximədinin mənsubu bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2022 08:47 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |