|
Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə jurnalist yazı və uşaq rəsm müsabiqəsini elan edib“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi jurnalist yazı və uşaq rəsm müsabiqəsini elan edib. Ahlibeyt.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının məlumatında bildirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi jurnalist yazı müsabiqəsini elan edir. Müsabiqə üçün yazılar 01 dekabr 2022-ci il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II qapı) təqdim edilməlidir. Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzet və ya saytda dərc olunması və müəlliflərin özləri haqqında anketi (müəllif barədə qısa məlumat, əlaqə telefonları, bir ədəd 4x5 ölçüdə fotoşəkil) dolduraraq göndərməsi mütləq şərtdir. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi uşaq rəsm müsabiqəsini elan edir. Müsabiqədə 18 yaşınadək uşaqlar iştirak edə bilərlər. Müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıda verilmiş anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4x5 ölçüdə fotoşəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər. Rəsm əsərləri 01 dekabr 2022-ci il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II Ala qapı) təqdim edilməlidir. Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək: · Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması; · Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı. İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır. Qeyd: Müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. Əlaqə telefonu: (012) 493-94-68
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2022 11:17 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |