إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Təhsil İnstitutu şagirdləri informatika və proqramlaşdırma müsabiqəsinə dəvət edir

Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə Təhsil İnstitutunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə proqramlaşdırma üzrə “AZERCELL CUP” informatika və proqramlaşdırma müsabiqəsi keçiriləcək.

Ahlibeyt.az-ın xəbərinə görə, Təhsil İnstitutunun məlumatında bildirilib ki, müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil olunan bu müsabiqədə 6, 7 və 8-ci sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqəyə qeydiyyat noyabrın 6-dan 13-dək www.olimpiada.edu.az portalı vasitəsilə həyata keçiriləcək. İki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi www.olimpiada.edu.az saytı üzərindən onlayn şəkildə keçiriləcək. Praktiki tur noyabr 16-17-də, birinci tur isə virtual formada noyabrın 19-da keçiriləcək.

Qeyd edək ki, müsabiqənin qalibləri beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak etmək imkanı qazanacaqlar.

Qeydiyyat tarixi: 6-13 noyabr

Qeydiyyat linki: https://bit.ly/3UpbFYO

Yarışa qatılacaq hər bir şagirdə uğurlar arzulayırıq!

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2022  11:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!