|
|
“Erkən nikah problemləri və ona qarşı mübarizə yolları” mövzusunda təlim keçirilibOmbudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Erkən nikah problemləri və ona qarşı mübarizə yolları” mövzusunda təlim keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, Ombudsman Aparatının məlumatında bildirilib ki, təlimdə həmkarlar ittifaqı komitə sədrləri, gender problemləri üzrə komissiya sədrləri və üzvləri iştirak ediblər. N.Ağayeva uşaq hüquqlarının müdafiəsi, erkən nikahla bağlı mövcud beynəlxalq normalar, milli qanunvericilik aktları, dövlət proqramları barədə təlim iştirakçılarına məlumat verib. Bununla yanaşı, Ombudsman tərəfindən bu sahədə görülmüş işlər, erkən nikah halları ilə bağlı mövcud problemlər və onların aradan qaldırılması istiqamətində irəli sürülmüş təkliflər iştirakçıların diqqətinə çatdırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2022 09:00 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |