|
|
“Azərbaycanfilm” yeni başlayan rejissorlar üçün müsabiqə elan edibC.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “START-2023” adlı film layihəsi müsabiqəsi elan edib. Ahlibeyt.az-ın xəbərinə görə, Kinostudiyadan mətbuata verilən verilən açıqlamada bildirilib ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunur. Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti yoxdur. Sənədlərin qəbulu 1 noyabr 2022 – 31 yanvar 2023-cü il tarixlərində elektron şəkildə musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılır. Müsabiqənin reqlamenti ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür. Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Qaliblərin adları 2023-ci il aprel ayının əvvəlində elan olunacaq. Hər kateqoriyada birinci yerin qalibi olmuş layihələrin onu təqdim edən rejissor tərəfindən “Azərbaycanfilm” kinostudyasında istehsal olunması nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2022 12:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |