|
• DünyadaRusiya XİN: Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhə kömək göstərəcəyinə ümid edirikRusiya Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcəyinə ümid edir. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna qədər sülhün imzalanması ehtimalı ilə bağlı sözlərinə münasibət bildirərkən deyib.
"Rusiya ümid edir ki, Soçidə keçiriləcək üçtərəfli sammit Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcək"- deyə rusiyalı diplomat vurğulayıb. Soçi sammitinin gündəliyində Paşinyanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 20 ilədək uzadılmasına dair imzalamağa hazır olduğu sənədin müzakirə edilib-edilməməyəcəyi ilə bağlı sualı cavablandıran Rusiya XİN başçısının müavini qeyd edib ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq yerləşdirilib: "Onun konkret mandatı var - beş il. Hələ 5 il keçməyib", - deyə rusiyalı diplomat əlavə edib. Qeyd edək ki, oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan liderləri ilə görüşü də planlaşdırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |