|
|
Bakıda BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilibOktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT günü tədbiri keçirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən hazırlanmış “Heç kəsi arxada qoymadan” mahnısı nümayiş olunub. Təbdirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tədbirin Azərbaycanla BMT arasında əməkdaşlığın otuzilliyinə təsadüf etdiyini bildirib. Onun sözlərinə görə, keçən illər ərzində Azərbaycanla BMT arasında əməkdaşlıq artıb və inkişaf edib. V.Andreeva deyib ki, Azərbaycanda BMT-nin müxtəlif sahələr üzrə 12 proqramı fəaliyyət göstərir. Diqqətə çatdırıb ki, BMT Azərbaycanla minalardan təmizlənmə, məcburi köçkünlərin və qadınların məşğulluğuna dəstək, enerji səmərəliliyi, ətraf mühitin bərpası, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq edir. Həmçinin diqqətə çatdırıb ki, BMT, Avropa Bankı və Dünya Bankı ilə birgə Azərbaycanın azad olunmuş torpaqlarında bərpa işlərinə dəstək vermək imkanlarını araşdırmağa davam edəcək. Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümü qeyd olunur. Ölkəmizdə BMT ilə tərəfdaşlığın ildönümü münasibətilə bir sıra silsilə tədbirlər təşkil edilib. Qeyd edib ki, müstəqilliyinin bərpasından bir müddət sonra Azərbaycan BMT ailəsinə qoşulub. Nazir müavini son 30 ildə Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfə verən ölkəyə çevrildiyini, bu yolda Azərbaycanla BMT-nin etibarlı və güclü tərəfdaş olduğunu söyləyib. Bildirib ki, BMT günü əməkdaşlığın ümumi gündəliyini genişləndirmək üçün gözəl imkan yaradır. Elnur Məmmədov Vladanka Andreevaya BMT və Azərbaycan arasında əməkdaşlığın irəli aparılmasında verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Tədbir çərçivəsində Azərbaycan klassik musiqilərinin ifa olunduğu bədii proqram təqdim edilib. İştirakçılar BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş fotosərgi ilə tanış olublar. Tədbirdə dövlət və BMT rəsmiləri, diplomatik korpusun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2022 09:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |