|
Əlyazmalar İnstitutu alimlərinin məqalələri beynəlxalq topluda yer alıbAzərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində “Nizami Gəncəvi – 880” adlı elmi məqalələr toplusu işıq üzü görüb. Ahlibeyt.az-ın xəbərinə görə, Əlyazmalar İnstitutunun məlumatında bildirilib ki, Rusiya, Türkiyə, Almaniya və Macarıstandan olan 19 alimin məqalələrinin yer aldığı bu topluda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da təmsil edilib. Nizamişünaslıq sahəsində aparılan ən son və daha orijinal elmi tədqiqatları dünyaya çatdırmaq məqsədilə nəşrə hazırlanan topluda institutun baş direktoru akademik Teymur Kərimlinin “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında keyfiyyətcə yeni fenomen kimi”, filologiya elmləri doktoru Nəsib Göyüşovun “Nizaminin poetik irsinin öyrənilməsində əsas problemlərə baxış”, filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfzadənin “Şərqin parlayan günəşi və ya dahi humanist Nizami Gəncəvi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədlinin “Nizami yaradıcılığında sufizm” başlıqlı məqalələri yer alıb. Qeyd edək ki, yeni nəşrin tərtibçisi və “Ön söz”ünün müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi türkoloq Şahnaz Kamalova, elmi redaktorları Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşı tarix elmləri namizədi Darya Jiqulskaya, elmi məsləhətçiləri isə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri filologiya elmlər doktoru, professor Vilayət Quliyev və Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Vaqif Sultanlıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2022 10:37 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |