إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan XİN İranın Şiraz şəhərində İmamzadəyə edilən hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Şiraz şəhərində İŞİD-in İmamzadəyə hücumunu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Ahlibeyt.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə tvitter-dəki hesabı üzərindən bəyanat verib.

Bu paylaşımda deyilib:

“İranın Şiraz şəhərindəki Şahçırağ məscidində baş verən terror aktını pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorla üzləşmiş bir dövlət kimi onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik.”

Qeyd edək ki, Oktyabrın 26-da İranın Şiraz şəhərində Şahçerağ imamzadə ziyarətgah kompleksinə silahlı terroçular hücum edib. Hücum nəticəsində 15 nəfər həyatını itirib, 40-dan çox yaralı olduğu bildirilib. Hadisə şahidləri bildirir ki, üc nəfər silahlı terrorçu hərəmin həyətinə daxil olaraq kalaşnikov avtomat silahlarından ziyarətə gələnlərə atəş açıblar.

Şiraz şəhərində Imamzadə Əhməd bin Musa Kazimin (ə) "Şahçıraq" adı ilə tanınan məqbərəsinə edilən hücumun məsuliyyətini İŞİD terror təşkilatı üzərinə götürüb.

İŞİD terror təşkilatı ötən gün bu barədə Teleqram-dakı hesabından, habelə bu və digər platformalarda olan “əl-Əmaq Agentliyi” üzərindən məlumat yayıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!