|
|
Bakıda TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının toplantısı keçirilirOktyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısı keçirilir. AZƏRTAC xəbər verir ki, toplantıda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, TDT-yə üzv və müşahidəçi ölkələri Audiovizual media üzrə tənzimləyici orqanlarının rəhbərləri iştirak edirlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə toplantında çıxışı zamanı bildirib ki, son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafı həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir. “Ölkələrimiz arasında media sahəsində müxtəlif təcrübələrimiz mövcuddur. Audiovizual sahədə təşəbbüslər əhəmiyyət mühüm kəsb edir. Audiovizual proqramların hazırlanması günümüzün tələbidir. Ölkəmizdə bu sahədə fəaliyyətin təşkilində müsbət göstəricilər mövcuddur. Azərbaycan regionda rəqəmli TV-yə keçmiş ilk ölkələrdən biridir. Azərbaycanla Türkiyə arasında da media sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu, televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir”, - deyə Elmir Vəlizadə vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2022 12:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |