|
|
DİN sosial media istifadəçiləri və jurnalistlərə müraciət edibDaxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçiləri və jurnalistlərə azyaşlılara aid zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamaqla bağlı müraciət edib. Ahlibeyt.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bu, tövsiyə və xahişdir: “Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir. Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz. DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatların mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2022 14:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |