|
|
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti beynəlxalq konfransda Azərbaycanı təmsil edibTəhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Böyük Britaniyanın Qlazqo şəhərində təşkil olunan “Kvalifikasiyaların tanınması sahəsində yeni çağırışlar” adlı beynəlxalq konfransda ölkəmizi təmsil edib. Ahlibeyt.az-ın xəbərinə görə, Agentliyin məlumatında bildirilib ki, konfransda Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli və Xarici kvalifikasiyaların tanınması şöbəsinin əməkdaşı Peyman Almasov iştirak ediblər. Aysel Kərimli “Ən yaxşı təcrübələr və yeni yanaşma: xarici ölkələrin diplomlarının Azərbaycanda tanınması” mövzusunda çıxış edərək ölkəmizin ali təhsil sistemi, kvalifikasiyaların tanınması sahəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat verib və konfrans iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının (TAICEP) Şotlandiyanın Kvalifikasiyalar Agentliyinin dəstəyi ilə təşkil olunan konfransda 27 ölkənin ixtisaslaşmış təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |