|
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilibAMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib. Ahlibeyt.az AMEA-nın saytına istinadən xəbər verir ki, Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər. İclası AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub. Yeni Nizamnamənin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Fərmanın 8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizamnamənin layihəsi hazırlanaraq AMEA-nın Ümumi yığıncağına təqdim edilib. AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətinin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademikin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib. AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb. Tədbirdə akademik Arif Həşimov Ümumi yığıncağın gündəliyindəki növbəti məsələnin AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O, bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib. AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər. Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb. Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2022 12:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |