|
|
Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənc Elçilər” proqramına start verilirGənclər və İdman Nazirliyinin dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənc Elçilər” proqramına start verilir. Ahlibeyt.az-ın xəbərinə görə, Şuradan mətbuata verilən açıqlamada bildirib ki, proqramın əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsidir. Qeyd edək ki, proqramda iştirak haqqı qazanan 15 gənc ilkin olaraq ölkə ilə bağlı siyasi, iqtisadi və mədəni sahədə, həmçinin beynəlxalq etiket və protokol qaydaları mövzularında maariflənəcəklər. Proqram çərçivəsində beynəlxalq əlaqələr və diplomatiya, Azərbaycan tarixi və mədəniyyəti, şəxsi inkişaf, gənclərlə iş, zamanın düzgün idarəedilməsi, ünsiyyət və bədən dili, layihələrin yazılması və idarə edilməsi mövzuları üzrə təlimlər keçiriləcək. Qeyd edək ki, proqram iştirakçıları 18-29 yaşlı Azərbaycan Respublikası vətəndaşları, ingilis dilində sərbəst danışıq qabiliyyətinə malik (əlavə dil biliyi üstünlükdür), Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş, yüksək şəxsi keyfiyyətlərə və beynəlxalq təcrübəyə sahib, proqramın bütün fəaliyyət dövründə iştirak etmək imkanına malik gənclər olmalıdır. Proqram çərçivəsində aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək: 1. Beynəlxalq əlaqələr və diplomatiya; 2. Azərbaycan tarixi və mədəniyyəti; 3. Şəxsi inkişaf; 4. Gənclərlə iş; 5. Zamanın düzgün idarəedilməsi; 6. Ünsiyyət və bədən dili; 7. Layihələrin yazılması və idarə edilməsi. “Gənc Elçilər” Proqramına qoşulmaqla əldə edəcəksiniz:
Proqram iştirakçıları üçün aşağıda göstərilən meyarlara namizədin seçimində üstünlük veriləcəkdir:
Proqramda iştirak etmək üçün https://forms.gle/6nvVfBiX5xV6L6k69 linkidən qeydiyyatdan keçmək lazımdır. Proqrama müraciət üçün son tarix 28 oktyabr 2022-ci ildir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2022 13:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |