|
Bu gün Günəş tutulması baş verəcək - Ayət namazının qılınma qaydasıBu gün ilin ikinci Günəş tutulması baş verəcək. Ahlibeyt.az xəbər verir ki, bu barədə BDU-dan mətbuata açıqlama verilib. Universitetin Astrofizika kafedrasının məlumatına əsasən, bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi (25 oktyabr Qrinviç vaxtı ilə) saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59-da başlayacaq və 16:30-da sona çatacaq. Tutulmanın maksimumu 15:17-də olacaq. Ay tutulması müşahidə vaxtı saat Azərbaycan üfüqünə uyğun olaraq saat 13:59-dan - 16:30-a qədər vacib nyyəti ilə ayət namazı qılınmalıdır. Bu vaxt ərzində namaz qılınmazsa qəza niyyəti ilə yerinə yetirilməlidir. Ayət namazının qılınma qaydası Ayat namazı iki rükətdir, hər rükətində beş rüku vardır: Niyyətdən sonra təkbir (Allahu Əkbər) demək, bir dəfə Həmd surəsini və başqa bir bütöv surəni oxumaq, rükuya getmək və rükudan qalxdıqdan sonra təkrarən Həmd və bütöv surəni oxumaq, sonra yenidən rükuya getmək və bu eyni ilə beş dəfə təkrarlanmalıdır. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə etmək, daha sonra ayağa qalxaraq ikinci rükəti də eyni ilə birinci rükət kimi yerinə yetirmək, sonda təşəhhüd oxumaq və salamı demək lazımdır. Qeyd edək ki, "Ayət namazı"nın digər qaydaları da mövcuddur ki,onlar barədə məlumat almaq istəyənlər bu barədə qeyd olunan digər mənbələrə müraciət edə bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2022 08:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |