|
|
XİN rəhbəri: Azərbaycan BMT Nizamnaməsinə sadiqlik nümayiş etdirib“Bu illər ərzində Azərbaycan BMT-nin fəal üzvü olaraq, BMT Nizamnaməsinə, onun əsas prinsiplərinə sadiqlik nümayiş etdirib”. Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyi və BMT Günü münasibətilə keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimində deyib. Nazir bildirib ki, xeyriyyə yarmarkası mədəni müxtəlifliyi öyrənmək üçün bir tədbirdir. Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanda təmsil olunan diplomatik nümayəndəliklərin öz mədəniyyətlərini göstərmək üçün bu bir imkandır. Nazir qeyd edib ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan uşaqlara yardım göstərməkdir: “İnanıram ki, biz bu gün birgə səylərimizlə əlilliyi olan bir çox uşağın həyatında müsbət dəyişiklik edə biləcəyik”. XİN rəhbəri diqqətə çatdırıb ki, xeyriyyə yarmarkası dövlət və özəl sektorun əməkdaşlığı şəraitində keçirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2022 11:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |