|
|
Səməd Seyidov: “Ermənilər AŞPA-da çalışdı ki, son hadisələrlə bağlı onların xeyrinə sənəd qəbul edilsin”“Ermənistan beynəlxalq səviyyədə öz zəifliyini başa düşür. Düzdür, onları dəstəkləyənlər var. Makronun ikiüzlü bəyanatı buna sübutdur”. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Deputat bildirib ki, Avropa Şurasında çoxluq həqiqəti görür: “AŞPA-nın sessiyası çox gərgin idi. Azərbaycana qarşı quraşdırılmış, öncədən hazırlanmış hücum planı vardı. Sərhədlərdə təxribatların törədilməsi, foto-video şantaj, bunun əsasında danışıqlarda divident qazanmaq niyyəti vardı. Ermənilər AŞPA-da çalışdı ki, son hadisələrlə bağlı məruzəçi təyin olunsun və onların xeyrinə sənəd qəbul edilsin. Buna nail ola bilmədilər. Çünki Avropada artıq hamı çox gözəl bilir ki, Ermənistan hansı cinayətləri törədiblər. Bu gün ölkəmizi müdafiə etmək üçün bizim gücümüz var. Bu gücü də Prezident yaradıb, Ordumuz yaradıb. Azərbaycana zərbə vurmaq üçün erməni lobbisi erməni dövlətçiliyinə, ermənilərə belə zərbə vurmağa hazırdır ki, təki Azərbaycana zərər vura bilsinlər. Biz bunu bilməliyik. Azərbaycan Prezidentinin apardığı siyasət güclüdür və biz bu siyasət ətrafında birləşməliyik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2022 11:34 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |