|
Xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbiri keçirilib - FOTOOktyabrın 17-də Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Baş Prokurorluğun və Xarici İşlər Nazirliyinin əməkdaşlarının, 50-ə yaxın ölkənin səfirləri, diplomatik korpusun, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, eyni zamanda yerli və xarici media təmsilçilərinin iştirakı ilə Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror hadisələri qurbanlarının anım tədbiri keçirilib. Ahlibeyt.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini hörmətlə yad ediblər. Daha sonra Gəncə Memorial Kompleksini ziyarət edən tədbir iştirakçıları həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək ehtiramlarını ifadə ediblər. Anım tədbirində çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində 87 cinayət işi üzrə ibtidai istintaq aparılmaqla 36 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar çıxarılaraq “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarış elan edilmiş, 23 ölkəyə hüquqi yardım haqqında sorğular göndərilib. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücümlar nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülmüş, 6 ailə tamamilə məhv edilib. Tədbirdə Xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov çıxış edərək Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətdiyi cinatyətlərdən, dövlətə, mülki əhaliyə dəymiş maddi zərərin miqyasından və onların aradan qaldırılması üçün görülən işlərdən bəhs etmişlər. Anım tədbirinin sonunda media nümayəndələrinin sualları cavablandırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2022 17:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |