|
XİN ermənilərin Azərbaycan qəbirlərini dağıtmasına münasibət bildiribSon günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirstanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə Azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində deyilir. Məlum olduğu kimi Ermənistan, ərazisində tarixən məskunlaşan Azərbaycanlılara məxsus tarixi,mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misligörünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub.
Azərbaycan ərazilərində qanunsuz məskunlaşan radikal erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub. Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur. Yayılan video görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir. Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntılar, video görüntülər şəklində yayılmış vandallıq aktları müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2022 10:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |