|
“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıbPrezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Ahlibeyt.az-ın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.
Azərbayanda elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılmasının, o cümlədən elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Fərmana əsasən Azərbaycan Elm Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manat müəyyən olunub. Fondun nizamnaməsinə əsasən - Azərbaycan Elm Fondu (bundan sonra – Fond) təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. - Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. - Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. - Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. - Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. - Fond Bakı şəhərində yerləşir. Fondun fəaliyyət istiqamətlərinə əsasən - müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; - təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirmək, elmi tədqiqatların keyfiyyətinin və səmərəliliyinin artırılmasını, elmi tədqiqatlara marağın gücləndirilməsini təmin etmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək; - elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, elmi fəaliyyətlə məşğul olan digər hüquqi şəxslərin, o cümlədən müasir yeniliklərin tətbiq edildiyi istehsal müəssisələrinin, habelə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərin (bundan sonra – elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər) elm sahəsində innovativ ideyalarını və fəaliyyətini dəstəkləmək; - müvafiq sahənin inkişafını təmin etmək; - bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Qeyd edək ki, Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikası Prezidenti həyata keçirir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Oktyabr, 2022 15:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |